(+994 55) 219 70 70

Liv Bona Dea Hospital / Mehdi Abbasov 2 , Bakı şəh.

Tez-Tez verilən suallar

faq-image
faq-image

Hamiləlikdə uzaq yola çıxdıqda nələrə diqqət etmək lazımdır ve hansı hallarda uzaq yol çıxmaq məsləhət deyil ?

  • Hamiləlikdə uzaq yol gedərkən diqqət edilməli əsas nüans odur ki, səyahət 2 saatdan uzundursa, səyahət zamanı 2 saatda bir dayanıb 20 dəqiqə yürüş etmək, sonrasında yola davam edilməlidir. Əgər qanamanız, vaginal qəhvəyi ləkələnməniz, hematomanız, düşük riskiniz varsa və ya hamiləlik həftəniz doğuma çox yaxındırsa bu zaman uzun yol çıxmağınız məsləhət görülmür.

Doğumun başladığını necə bilmək olar? Nə zaman xəstəxanaya getməliyik ?

  • Əgər siz 37 həftəni keçmisizsə, vaginal qəhvəyi rəngli ləkələnmə, beldə gəlib-gedən ağrılar, aşağıya basqı hissi, tez-tez tualetə getmək hissi və ya su gəlişi varsa doğumun başladığından şübhələnmək olar. Bu zaman həkiminizlə təcili əlaqə saxlamaq lazımdır.

Vaginoplastika əməliyyatı kimlərə lazımdır ?

  • Əgər cinsi əlaqə zamanı vaginanın aşırı geniş olduğunu düşünürsuzsə, cinsi əlaqə zamanı və ya yeriyərkən, iş görərkən, ağırlıq qaldırarkən vaginadan qaz, hava qaçırma hissi olursa, günlük həyatınızda ağırlıq qaldırarkən, gülərkən, asqırarkən, öskürərkən azda olsa sidik qaçırma varsa, yuyunarkən vaginada əlinizə şişkinlik gələrsə ve.s. bu kimi hallarda vaginoplastika əməliyyatı sizə lazım ola bilər. Öncəsində mütləq müayinə edilməlidir.

Hamilə qadınlar, süd verən analar və hamiləliyə hazırlaşan qadınlar COVID 19 peyvəndi oluna bilərmi?

  • Hamilə qadınlar peyvənd oluna bilər. Bu barədə çalışmalar həm xəstəlik, həm də peyvənd yeni olduğu uçun yetəri qədər deyil. Əldə olan çalışmalar hamilə qadınların peyvənd oluna biləcəyini, bunun bir fəsad yaratmadığını, doğulan uşaqlarda da eləcə peyvəndlə bağlı bir sorun yaşandığı görülməyib. Bu səbəbdən bütün cəmiyyətlər və biz həkimlər deyə bilirik ki, hamilə qadın peyvənd oluna bilər. Hətta süd verən analar ve onların uşaqları üzərində aparılan calışmalar göstərir ki, peyvənd olunan anaların bətnindəki uşaqlara antikorular-yəni xəstəlikdən qoruyan hüceyrələr keçir və uşağı da nisbətən qorumuş olur. Digər tərəfdən hamilə qalmaq uçun müalicə alan xanımlar və hələ hamiləliyi planlamayan qız uşaqları da peyvənd oluna bilər. Həmçinin bunlarda da heç bir problem görülməmişdir. Əgər ki, bütün bunların əks təsiri olarsa bunlar dünya səviyyəsində yayımlanır və biz sizlərlə bunları bölüşürük. Hazırda dünyadakı qərar hamilələr, süd verən analar, hamiləliyi planlayanlar və eləcə də qız uşaqları peyvənd oluna bilər. Hamilə qadınlarda onu vurğulamaq istəyirəm ki, xüsusilə peyvəndin 2-ci dozasında, eləcədə 1-ci dozadan sonra temperatur qalxarsa paracetamol tərkibli dərmanlar qəbul edə bilər.

İkibuynuzlu uşaqlıq ilə hamilə qalmaq olarmı ?

  • Bəli olar. Hamiləliyə əngəl deyil.

Aybaşi miqdarının azalmasının səbəbləri

  • Aybaşı miqdarının azalmasını səbəbləri çoxdur. Bu səbəbdən öncəliklə mütləq müayinə şərtdir. Burada əsasən yaş faktoru, USM-dəki dəyərlər və qandakı bəzi hormonlora baxılmalıdır.

Hamiləlikdən qoruyan dərialtı implant necə qoruyur?

  • İmplant gündəlik hormon ifraz edərək 3 mexanizim ilə hamiləlikdən qoruyur.
    1) Yumurtalıqlara təsir edərək dominant follekul əmələ gəlməsinin qarşısını alır.
    2) Endometrium təbəqəsini incəldir, qalınlaşmağa qoymur (Mayalanmış yumurta implantasiya oluna bilmir)
    3) Uşaqlıq boynundakı seliyi qatılaşdıraraq spermin uşaqlıq daxilinə keçməsini əngəlləyir.

Spiral və ya hamiləlikdən qoruyan dərialtı implant aybaşının hansı gunu taxılmalıdır ?

  • Spiral və ya implant aybaşının istənilən günü taxıla bilər. Əsas odur ki hamilə olmadığınızdan əmin olasız.

Hamiləlikdən qoruyan dərialtı implant neçə illikdir və istənilən vaxt çıxarıla bilərmi ?

  • Hamiləlikdən qoruyan Dərialtı implantın müddəti 3 ildir. Lakin istədiyiniz zaman implant çıxarıla biler.

Menapoza girdiyimizi necə başa düşə bilərik?

  • O vaxt dəqiq menapoz diaqnozu qoya bilərik ki, xəstə artıq 1 ildir aybaşı görmür və xəstənin yumurta rezervi tükənib. Menapozun əsas əlamətləri ilk başlarda istilik basma, soyuq tər gəlməsi, əsəbilik, gecə yuxu pozğunluğu, depressiya, sümük ağrıları ve/s

Menapozda olan qadınlardakı istilikbasma, tərləmə, gecə yuxusuzluğunu ve.s necə önləmək olar ?

  • Menapoz bandı son illərdə qadınların bu şikayətinə son verən ən önəmli müalicə metodudur. Dəriyə yapışdırılan bant bu şikayətləri ortadan qaldırır. İllərlə istifadə edilə bileə. Sadəcə əks göstərişləri var deyə hər kəs istifadə edə bilməz, mütləq həkim müayinəsi olmalı ve həkim tərəfindən təyin edilməlidir.

Myom ve Polip sonsuzluga səbəb ola bilərmi ?

  • ƏgƏr myomanın yerləşmə yeri uşaqlığın daxili qatına yaxındırsa (submukoz myom) bu zaman implantasiyani pozduğu üçün hamilə qalmaga əngəl ola bilər. Endometral poliplər də uşaqlığın iç divarında yerləşdiyi üçün mayalanmış yumurta hüceyrənin yerləşməsinə əngəl ola bilər və bu səbəbdən hamiləlik baş tutmaya bilər

Hamiləlikdə qan uyuşmazlığı

  • Əgər hamiləlik zamanı ananın qanı mənfidirsə ata isə müsbət qan qrupudursa mütləq hamiləliyin əvvəlində indrekt coombs dediyimiz testə baxırıq. Sonrasında 28 həftədə profilaktik olaraq rhoqam iynəsi vurulmalıdır. Doğumdan sonra uşağın qan qrupu atanın qanını götürübsə, yəni, müsbətdirsə roqam iynəsi vurulmalıdır.

Uşağın hərəkəti neçənci həftəden hiss olunmağa başlayır?

  • Uşağın hərəkəti ilk Hamiləlikdə normalda 18-20 həftədə, 2-ci və 3-cü Hamiləliklərdə isə 16-17-ci həftədən hiss edilə bilər

Uşağın çox hərəkətli olması onun sıxıntıda olmasınımı göstərir?

  • Uşaq nə qədər hərəkətde olarsa, bir o qədər ana bətnində vəziyyəti yaxşıdır deməkdir. Tam tərsi 20 həftənin üstündə hərəkətsiz olan uşaqdan qorxmalıyıq.

Pap-smear testi nədir və nə üçün edilir?

  • Pap-smear testi uşaqlıq boyunun xərçənginin tarama testidir. 3 ildən bir uşaqlıq boynundan yaxma alınaraq oradakı dəyişilmiş hüceyrələri aşkarlayırıq.

Keysəriyyə sonrası normal doğum ola bilərmi?

  • Keysəriyyə sonrası normal doğum ola bilər, amma ana ve uşaq üçün bunun müəyyen, həyati riskləri var. Bu səbəbdən həkiminiz ilə bunu detallı müzakirə edib, bu riskləri göz önünə alıb ondan sonra böyük bir mərkəzdə təcrubəli komanda ilə etmək olar.

Hamiləlikde ürək bulanma və qusmanın zərəri varmı və nə vaxt keçər?

  • Hamiləlikdə ürək bulanma və qusma Beta-HCG hormone dediyimiz Hamiləlik hormonunun pik dönəmlərində yeni, 8-9-10 həftəsinə qədər daha cox şiddətli gördüyümüz zamanlardır. 12 və 14 həftəsindən sonra azalmağa başlayır. Çox şiddətli olan insanlarsa əlavə dərman vasitəsinə gərək duyulur.

Mamoqrafi testi müayinəsi nə zaman edilir?

  • Mamoqrafi müayinəsi əsasən 40 yaşdan sonra, hər 2 ilden bir edilməlidir. Məqsəd meme kanserini öncədən aşkarlamaqdır.

Yumurta dondurma prosesi kimlərə məsləhətdir?

  • Yumurtalıq rezervi az olduqda əsasən yumurta dondurma prosesi edilir. Yumurta dondurma prosesini yaxın zamanda evlilik planlamayan, yaşı 35-dən çox olan xanımlar, hər hansı bir ciddi xəstəliyi olub yumurtalıqlarının bir qismi əməliyyatla alınacaq olan xəstələr ,xərçəng diaqnozu olub, kimya ve ya radioterapiya olunacaq xəstələr, və ya yumurta rezervi düşük olan, ancaq gələcəkdə uşaq sahibi olmaq istəyən bütün qadınlara məsləhət görülə bilər.

Uşaqlıqdan kənar Hamiləlik nədir?

  • Uşaqlıqdan kənar Hamiləliklər bütün Hamiləliklərin 0.5-1.5%-ni təşkil edir ortalama. Bunların 95%-i boruda görülür. Ona görə də xalq arasında bu boru hamiləliyi kimi adlandırılır. Əslində sadəcə boruda yerləşmir, uşaqlıq daxilindən kənarda ən çox gördüyümüz borudur. Borudan sonra yumurtalıqda da izlənə bilər, uşaqlıq boyunda da izlənə bilər, qarın daxilində, abdominal dediyimiz hissə də Hamiləlik ola bilər. Həm uşaqlıq daxilində, həm də uşaqlıq xaricində eyni zamanda Hamiləlik görülə bilər. Buna görə də mütləq hamilə qalan qadınlar ilk dəfə evdə test edib pozitiv oldugunu görəndə mütləq 5 həftədə də olsa, ilk müayinəyə getməsi lazımdır. İlkin ultrases müayinəsi ilə əgər uşaqlıq daxilində Hamiləlik kisəsi izlənmirsə mütləq 48 saat ara ilə beta HCG dediyimiz Hamiləlik hormonuna baxmaq lazımdır.

Hamiləlik dövründə əsasən hansı qidalardan uzaq durmalı və daha çox hansı qidaları qəbul etmək lazımdır?

  • Hamilə xanımlara hər qidanı qebul etmək olmaz. Hamiləlikdə qəbul edilməsi lazım olan ən önəmli qidalardan biri balıqdır. Ancaq hər balıq yeyilməz. Xüsusilədə dərin sularda yaşayan balıqlar içərisində yüksək civə tərkibli olduğu üçün yeyilməz. Amma omega3 baxımından həftədə 2 dəfə sağlam şəkildə balıq yeməyiniz məsləhətdir. Pastrelize edilməmiş süd məhsullari, özəlliklə yumşaq pendir, kifli pendir qətiyyən yeməməlisiz. Kalsium baxımından sərt pendirlər yeyə bilərsiz. Çünki bunlarin içində bruselyoz, toksoplazma, listerlyoz kimi infeksiyalara rast gələ bilirik. Xüsusilə də bişməmiş qidaların içində daha çox rast gəlindiyi üçün mütləq şəkildə hamilələr sadəcə yaxşı bişmiş məhsulları yeyə bilərlər. Hazır yeməklər, yeni sendviç ve.s kimi, xüsusilədə soyuducuda saxlanılan toyuq, hinduşka əti ve balıq tərkibli sendviçlər, konserv ət, balıq və toyuq məhsullarını məsləhət görmürəm. Bundan əlavə yumurta yeyəcəksizse tam bişmiş şəkildə olmalıdır. Çiy qətiyyən olmaz. Başqa bir nüans isə mayonezin tərkibində çiy yumurta olduğu üçün hamilələrə mayonez istifadə etməyi məsləhət görmürəm. Hamiləlikdə yemək məsləhət olmayan qidalardan biri də bişməmiş və ya yarı çiy dəniz məhsullarıdır. Xüsusi ilədə mümkünsə Hamiləlik vaxti suşidən uzaq durun. İçərisində çiy balıq olduğu üçün məsləhət deyil. İcinde çiy balıq olmadığından əminsinizsə az da olsa dada bilərsiz. Çiy köftədən də uzaq durmağınız məsləhətdir. Hamiləlikdə içki, siqaret qəti qadağandır. Bunlar sinir sisteminin inkişafının pozulmasına səbəb olacaq bir şeydir. Kofe gün ərzində 2 fincandan artıq olmaz. Bitki çaylarından xüsuilə uzaq durun. Bitki çayları erkən doğuşa səbəb ola bilər. Rəngli içkilərdən-icetea, kola, fanta və.s uzaq durun. Bunlardan əlavə kolbasa, sosiska kimi məhsullardan da uzaq durmağınız lazımdır. Çünki bunların hazırlanma şərtlərini, tərkibini bilmirsiz. Bu səbəbdən yeməməyiniz daha məsləhətdir. Daha uzaq durulması lazim qidalardan biri də heyvanların iç orqanlari ciyər, bağırsaq və.s-dir. Qara ciyər yemək istəyirsizsə, onun tərkibində a vitamin olduğu üçün və a vitaminin artığı Hamiləlikde ziyan oldugu üçün qəbul etməməyiniz məsləhətdir. Amma həftədə 1 dəfə çox az miqdarda yeyə bilərsiz.

Hamiləlikdə hansı dərmanlar zərərsizdir?

  • Öncəliklə onu demək lazımdır ki, hamiləlik zamanı doktorunuza danışmadan heç bir dərman istifadə etməyin. Hamiləlikdə istifadə edilən dərmanlar 5 qrupa bölürük. İlk öncə A qrupu olan dərmanlardan başlayaq. Bu qrupa daxil olan dərmanlar Hamiləlikdə rahatlıqla istifadə edilən dərmanlardır. Bunların insan ve heyvan üzərində çalışmaları edilmiş və tamamilə Uşağa zərərsiz olduğu sübut edilmişdir. Bunlara misal olaraq vitaminlər, vitamin preparatları, dəmir preparatları, əlavə qida takviyelerini göstərə bilərik. Amma bu o demək deyil ki, siz bütün vitaminləri doktorunuzla məsləhətləşmədən istifadə edə bilərsiz. B qrup dərmanlar belə təsnif olunur ki, heyvanlar üzərində bu dərmanlarin çalışması edilmiş ancaq insanlar üzərində çalışması dəqiqləşdirilməmiş dərmanlar qrupudur.Heyvanlar üzərində edilen çalışmalarda heyvanların balalarına bir ziyani görülməmişdir. Bu qrup dərmanlara biz misal göstərə bilərik antibiotikləri. Amma bunu da vurğulamaq lazimdir ki, hər kiçik bir şeydə antibiotik qəbul etmək düzgün deyil. Mütləq doktor məsləhəti ile siz antibiotik qəbul edə bilərsiz. C qrup dərmanlar ise bütün dərmanların hardasa 80/90%-ni təşkil edir. Normalda Hamiləlikde C qrup dərmanları məsləhət görmürük. Bəzi hallar istisnadır. Hamiləlikdə qətiyyən məsləhət görmədiyimiz D qrupu ve X kateqoriyasıdır. Bu qrup dərmanlar bir sıra istisna hallarda məsləhət görülə bilər. Deyək ki, siz xərçəng xəstəsiz və kimya terapiya almanız lazımdir. Bu hallarda yalnız D qrupu dərmanlar məsləhət görülür. Hamiləlikde kimya terapiya edilə bilərmi? Bəli edilə bilər. Xüsusilədə 12 həftəni keçdikdən sonra D qrup dərman əgər ananın sağlamlığı üçün çox vacibdirsə istifadə edilə bilər. X qrup dərmanları Hamiləlikdə qətiyyən məsləhət görmürük. Bunlara misal olaraq sızanaqlarda istifadə edilən roaqutan dərmanı qətiyyən Hamiləlikdə istifadə edilməməlidir.

Cinsiyyət hesablaması düzgün metoddurmu?

  • Hamiləlikdə cinsiyyət hesablamasının heç bir metodu düzgün deyil, çünki heç bir tibbi əsası yoxdur. Hamiləlik öncəsi cinsiyyət bilmənin tək yolu süni mayalanma ilə cinsiyyət seçməkdir.

Hamiləlikdə cinsi əlaqə

  • Hamiləlik dövrundə cinsi əlaqəni normalda qadağan etmirik. Lakin bəzi hallar varki, o zaman cinsi əlaqəyə nisbətən ara verməyi məsləhət görürük. Bunlardan ən başlıcası qanamadır. Əgər ilk həftələrdə qanama varsa qanama riski ola bilər deməkdir. Bu səbəbdən cinsi əlaqəni qadağan edə bilərik. Böyük həftələrdə de Plasenta Previa dediyimiz, yəni, cütlüyün öndə gəlmə durumu varki, bu zaman cinsi əlaqə qadağandır.

Hamiləlikdə diş müalicəsi edilə bilərmi ?

  • Hamiləlikdə dişləri müalicə etdirəek olar. Burada önəmli nüans adrenalinsiz anestetiklər istifadə edilməli ve əgər antibiotik lazım olarsa pensilin qrupu antibiotiklərdən istifadə edilməlidir.
Sualınız var ? Həkimə Sual verin Sualınızın cavabı birbaşa sizə gəlsin ! Həkimə Sualınızı yazın
shape image
shape image
shape image